Dünya

Tanınmış jurnalist evinin qarşısında BIÇAQLANDI

31 Mart 2024 13:35
Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin paytaxtı Londonda yerləşən və fars dilində yayım həyata keçirən "İran İnternational" kanalında çalışan tanınmış jurnalist Pouria Zeraati hücuma məruz qalıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, kanalın verdiyi açıqlamaya görə, Zeraatiyə evinin qarşısında çoxsaylı bıçaq zərbəsi vurulub.

Onun xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin stabil olduğu bildirilib.

2022-ci ildə İranda hökumət əleyhinə nümayişləri geniş şəkildə tənqid edən 36 yaşlı Zeraatinin bıçaqlanması ilə bağlı istintaq antiterror qrupları tərəfindən aparılıb.

London Metropoliten Polisinin Terrorla Mübarizə Şöbəsinin direktoru Dominik Merfi hücumun müxtəlif səbəblərdən törədilə biləcəyini və hər ehtimalı dəyərləndirdiklərini qeyd edib. Mörfi əlavə edib ki, ərazidə polis əməkdaşlarının sayı artırılıb.

Qeyd edək ki, 2022-ci ilin noyabrında polis "İran İnternational"da çalışan iki jurnalistə diqqətli olmaları barədə xəbərdarlıq edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.