Çin və ABŞ arasında münasibətlərin xarakteri təkcə iki ölkə xalqlarının rifahına deyil, həm də bəşəriyyətin gələcəyinə təsir göstərir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Çin lideri Si Szinpin deyib.
"İki ölkə xalqının rifahı, eləcə də bəşəriyyətin gələcəyi və taleyi Çin və ABŞ-ın əməkdaşlıq etməsindən və ya bir-birinə qarşı durmasından asılıdır. Hər iki tərəf bir-birini tərəfdaş hesab etdikcə, bir-birinin maraqlarına hörmət etdikcə, dinc yanaşı yaşamaq və qarşılıqlı faydalı nəticələr əldə etmək üçün əməkdaşlıq etdikcə, ikitərəfli münasibətlər yaxşılaşacaq", - Szinpin bildirb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun