Dünya

Türkiyənin vasitəçiliyi ilə onlar azad oluna bilər - Köçəryan

24 Mart 2024 20:48
Baxış: 1 079
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərinə müsbət təsir göstərməsi üçün çox münasib məqamdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri, hakim Mülki Müqavilə Partiyasından olan deputat Andranik Köçəryan deyib.

"Atılacaq addımlar təkcə bağlı sərhədlərin açılmasından ibarət olmamalıdır. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xoş niyyəti olaraq Azərbaycanda olan əsirlərimiz Türkiyənin vasitəçiliyi ilə azad oluna bilər. Bu, həm də münasibətlərin normallaşması istiqamətində humanitar addımlardan biri sayılar", - Köçaryan bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.