Dünya

“Crocus City Hall”a nə qədər ziyan dəydi?

23 Mart 2024 21:30
Baxış: 1 460
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Terror aktı nəticəsində "Crocus City Hall"a dəymiş ziyan hər kvadratmetr üçün 250-300 min rubla yaxındır. Konsert zalının sahəsinin 38 min kvadratmetr olduğunu nəzərə alsaq, zərərin miqdarı 9,5-11,4 milyard rubl arasında qiymətləndirilə bilər".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Ticarət Mərkəzləri İttifaqının vitse-prezidenti Marat Manasyan "RİA Novosti"yə açıqlamasında bildirib.

O, "Crocus City Hall"un Moskvanın ən yaxşı, əla təchiz olunmuş konsert salonlarından biri olduğunu qeyd edib. Ekspert, həmçinin vurğulayıb ki, konsert salonunda sıradan çıxmış avadanlıqların bərpası da çətin olacaq. Çünki hazırda sanksiyalar səbəbindən bir çox zavod və fabriklərin materiallarını Rusiyaya gətirmək mümkün deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.