Dünya

Rusiya öz gəmisini vurdu: gəmi batdı, 3 ölü, 4 yaralı

21 Mart 2024 23:55
Baxış: 1 023
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyaya məxsus "Kapitan Lobanov" trol gəmisi təlim zamanı Rusiya Hərbi Dəniz Qüvvələrinin raketi ilə vurulub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müxalif "Dojd" telekanalı iddia yayıb.

Bildirilib ki, vurulduqdan sonra "Kapitan Lobanov" Kalininqrad vilayətində Pionerskoye yaxınlığında batıb.

"Dojd" ekipaj üzvünün qohumuna istinadən xəbər verib ki, martın 19-da raketin gəmiyə dəyməsi nəticəsində 3 ekipaj üzvü həlak olub, 4-ü yaralanıb.

Qeyd edək ki, Rusiya Federasiyasının Kalininqrad vilayətinin administrasiyası gəminin göyərtəsində yanğının baş verdiyini və hadisə nəticəsində bir nəfərin öldüyünü, 4 nəfərin yaralandığını bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.