Dünya

Qızılın qiyməti rekord həddə qalxdı

21 Mart 2024 17:40
Baxış: 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qızılın qiyməti rekord həddə qalxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Federal Rezerv Sistemi bu il üç faiz endirim proqnozunu saxladıqdan sonra ABŞ dolları və istiqraz gəlirləri azalıb ki, bu da qızılın qiymətinin artmasına səbəb olub.

Spot qızıl sessiya gedişatı zamanı 2 222,39 dollar rekord həddinə çatdıqdan sonra 1% bahalaşaraq bir unsiya üçün 2 208,3 dollar olub.

Qeyd edək ki, ötən gün Federal Rezerv Sistemi faiz dərəcələrini əvvəlki səviyyədə saxlayıb və 2024-cü ilin sonuna qədər 0,75% azaltmağı nəzərdə tutduğunu bəyan edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.