Dünya

Yadplanetlilərlə bağlı gizli video aldım və... - ABŞ admiralı

21 Mart 2024 12:40
Baxış: 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yadplanetli sivilizasiyaların nümayəndələri Yer kürəsinə səfər edir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş vitse-admiralı Tim Qallodet deyib.

O, 2015-ci ildə Amerika hərbi pilotları tərəfindən çəkilmiş "Go Fast" adlı videoya baxdıqdan sonra UNO-ların Yerə səfərlərinin reallığına əmin olduğunu söyləyib:

"Mən videonu gizli kanallar vasitəsilə aldım və əmin oldum ki, biz tək deyilik".

Qallodet qeyd edib ki, ABŞ kəşfiyyatı tərəfindən inkar edilməsinə baxmayaraq, planetdə yerdənkənar texnologiya mövcuddur və UNO-ların müşahidə halları olub.

Eyni zamanda, onun sözlərinə görə, UNO-ların əslində nə olduğunu müəyyən etmək üçün məxfi işlər aparılır:

"Hökumət hələ də onların kim olduğunu, haradan gəldiklərini və ya nəyə ehtiyacı olduğunu bilmir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.