Dünya

Arxeoloqlar Türkiyədə pirsinqlə bağlı ən qədim dəlil tapıblar

20 Mart 2024 23:46
Baxış: 622
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arxeoloqlar Türkiyədə skeletlərdə bədən perforasiyasına (pirsinq) dair məlum olan ən qədim sübut tapıblar və bu dəlil təxminən 11 min il əvvələ aiddir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Ankara Universitetinin alimləri qədim sahiblərinin qulaqlarının və çənələrinin yaxınlığında 100-dən çox zinət əşyası tapıblar.

Onlar əhəngdaşı, obsidian, xlorit, mis və çay çınqıllarından hazırlanmış olub. Dekorasiyaların müxtəlifliyi onların qulaqları və alt dodağının pirsinqi üçün nəzərdə tutulduğunu göstərir. Pirsinq həm kişilərdə, həm qadınlarda, həmçinin həddi-buluğa çatan uşaqlarda aşkarlanıb. Bu o deməkdir ki, insanlar bədənlərini təkcə estetik məqsədlər üçün deyil, həm də simvolik məqsədlər üçün deşiblər.

Tapıntı, ilk pirsinq təcrübələrinin eramızdan əvvəl VII minilliyin ortalarında meydana çıxdığı mövcud ideyalara meydan oxuyur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.