Dünya

Avropadakı kəskin istilərin səbəbi bəlli oldu

18 Mart 2024 23:56
Baxış: 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illər ərzində Arktika və Qrenlandiyada buz örtüyünün sürətlə əriməsi Avropada kəskin istilərə səbəb olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, belə qənaətə Britaniya okeanoloqlarından ibarət qrup gəlib Onlar Şimali Atlantikada dəniz suyunun duzluluğundakı dəyişiklikləri tədqiq ediblər.

Tədqiqatda 1979-2022-ci illəri əhatə edən məlumatlardan istifadə olunub.

Alimlər buzlaqlardakı suyu təhlil edərək, şirin suyun necə yayıldığını və bunun okeanların duzluluğuna necə təsir etdiyini öyrəniblər.

Tədqiqatçılar ən isti və ən soyuq 10 dövrün təhlili əsasında Avropa üçün yay hava proqnozu hazırlayıblar və məlum olub ki, şirin suyun okean suyu ilə qarışması nəticəsində hava siklonlarında dəyişiklik meydana gəlir. Bu isə öz növbəsində isti havanın yaranmasına səbəb olur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.