Dünya

Netanyahu İsrailin Qəzzanın cənubundakı Rəfahda əməliyyata başlayacağını elan edib

17 Mart 2024 22:20
Baxış: 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail mülki əhalinin ərazidən çıxarılmasını təmin etdikdən sonra bir neçə həftə ərzində Qəzza zolağının cənubundakı Rəfahda əməliyyat keçirəcək.

Milli.Az report.az-a istinadən bildirir ki, bunu İsrail Nazirlər Kabinetinin həftəlik iclasını açan Baş nazir Binyamin Netanyahu deyib.

"Rəfahda əməliyyat keçirəcəyik. Bu, bir neçə həftə çəkəcək və bu baş verəcək", - Netanyahu bildirib. "Hərbi təzyiq (Fələstin radikal hərəkatı) HƏMAS-ın qalan batalyonlarını məhv etməyin və bütün girovları azad etməyin yeganə yoludur", - onun dəftrəxanası Baş nazirin bəyanatlarını yayıb.

"Biz Rəfahda əməliyyat planlarını, o cümlədən mülki əhalinin döyüş bölgəsindən təxliyəsi üzrə addımları təsdiqləmişik", - Nazirlər Kabinetinin rəhbəri davam edib. "Bu, hərbi əməliyyat ərəfəsində zəruri mərhələdir", - Netanyahu əlavə edib.

Bundan əvvəl Netanyahunun Dəftərxanası qeyd edib ki, İsrail ordusu əməliyyat tədbirləri görməyə və Rəfahda yerli əhalinin təxliyəsinə başlamağa hazırdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.