Rio-de-Janeyroda 17 nəfəri girov götürən 29 yaşlı Paulo Serxio de Lima təslim olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Braziliya hərbi polisinin sözçüsü Marko Andrade xəbər verib.
"Bütün girovlar azad ediliblər, artıq təhlükəsizlikdədirlər, onlara ilkin tibbi yardım göstərilir, psixoloji durumları yoxlanılır", - deyə Marko Andrade əlavə edib.
Onun sözlərinə görə təxminən cinayətkar dörd saata yaxın girovları avtobusda saxlayıblar. Sərnişinlər arasında yaşlılar və uşaqlar da olub.
Hüquq-mühafizə orqanının əməkdaşının sözlərinə görə, danışıqların əvvəlində Paulo Serxio müqavimət göstərib, buna baxmayaraq o saxlanılıb, tapançası və mobil telefonu müsadirə edilib.
Məlum olub ki, Paulo Serxio soyğunçuluqla bağlı cinayət keçmişinə malikdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun