ABŞ-nin keçmiş prezidenti Donald Tramp prezidentliyə namizəd olmaq üçün Respublikaçılar Partiyası üzvlərinin tam dəstəyini qazanmaqdadır.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Birləşmiş Ştatlar mətbuatında dərc edilən məlumatda qeyd olunur.
Belə ki, D.Tramp Vaşinqton, Corciya və Missisipi ştatlarında keçirilən ilkin seçkilərdə qalib gəlib və indiyədək ona 1 219 nümayəndə dəstəyini ifadə edib.
Halbuki, qaydalara görə, Respublikaçılar Partiyasından namizəd olmaq üçün 1 215 partiya nümayəndəsinin səsi kifayət edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun