Dünya

İlon Maskın polad "Pikap"ı "güllələndi" - VİDEO

12 Mart 2024 19:50
Baxış: 1 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bloger Zak Nelson "Tesla Cybertruck" pikapının gücünü yoxlayıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Nelson "Tesla Cybertruck"un polad gövdəsinin güllə keçirməz olması barədə mifi təkzib etməyə çalışıb.

Xüsusilə, "Tesla"nın baş direktoru İlon Musk, avtomobilin tapança atəşi ilə zədələnə bilməyəcəyini bildirib.

Bloger bu tezisi təsdiqləyib. Belə ki, 9 mm tapançadan açılan atəşdən sonra polad qapıda yalnız kiçik bir çuxur yaranıb.

22 kalibrli güllələr də maşının polad gövdəsini dələ bilməyib.

Bu, yalnız Zak Nelson avtomobili 17 kalibrli patronlarla vurduqda mümkün olub. Lakin güllələr deşik açsa da, onlar qapının içərisində qalıb.

Nəhayət, o, 50 kalibrli snayper tüfəngi ilə avtomobilə atəş açıb. Güllə gövdəndən keçərək o biri tərəfdən çıxıb. Nelson həmçinin alov qurğusu ilə "Cybertruck"un üzərini yandırmağa cəhd edib, lakin yanğın avtomobildə heç bir iz buraxmayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.