Dünya

"WhatsApp" mesajına görə bu tələbəyə ÖLÜM CƏZASI KƏSİLDİ

10 Mart 2024 18:29
Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistan məhkəməsi Məhəmməd peyğəmbəri təhqir edən "WhatsApp" mesajlarına görə iki gənci cəzalandırıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Indian Express" yazır.

İş üzrə təqsirləndirilən şəxslərin 22 yaşlı tələbə və 17 yaşlı oğlan olduğu bildirilir. Birincisi, Məhəmməd peyğəmbər və onun həyat yoldaşları haqqında aşağılayıcı sözlər ehtiva edən foto və videoya görə ölümə məhkum edilib. Öz növbəsində, ikincisi məzmun yaydığına görə ömürlük həbs cəzası alacaq.

Şikayət Pakistan Federal Təhqiqat Agentliyinin kibercinayətkarlıq bölməsinə 2022-ci ildə daxil olub. Bunu üç müxtəlif mobil nömrədən foto və video materialları alan yerli sakin yazıb.

Bundan əvvəl Pakistanda özünü yeni peyğəmbər elan edən Salma Tanvir adlı qadın küfrdə təqsirli bilinərək edam cəzasına məhkum edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.