Dünya

ABŞ və Türkiyə Qafqazda sülh üçün birgə çalışacaq

9 Mart 2024 23:10
Baxış: 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ və Türkiyə Azərbaycan ilə Ermənistan arasında davamlı sülhü təşviq etmək üçün birgə işləməyə öhdələrinə götürürlər.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə-ABŞ Strateji Mexanizminin yeddinci toplantısı münasibətilə verilən açıqlamada bildirilib.

"Martın 7-də ABŞ Dövlət Departamentinin və Türkiyə Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmilərinin rəhbərlik etdiyi açıq, birgə strateji müzakirələr, ardınca isə martın 8-də katib Blinken ilə nazir Fidan arasında görüş baş tutub.

Cənubi Qafqaz məsələsində Blinken və Fidan Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləmək öhdəliyi götürüblər və bunun regional sabitliyə, əməkdaşlığa və rifahı təşviq edəcəyinə dair razılığa gəliblər", - açıqlamada qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.