Dünya

Avropa ABŞ-ın NATO-nu tərk edəcəyinə hazırlaşmalıdır

10 Mart 2024 06:20
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropanın NATO üzvləri ABŞ-ın alyansdan çıxması ssenarisinə hazırlaşmalıdırlar.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bunu NATO ölkələrinin bir sıra diplomatları "Teleqraf" qəzetinə bildiriblər.

"Paytaxtlar (Avropa ölkələrinin - red.) Donald Trampın təhdidləri fonunda plan qurmalı və öz hərbi imkanlarını yenidən nəzərdən keçirməlidirlər", - qəzet yazıb.

Avropalı diplomatlardan biri qəzetə bildirib ki, Donald Trampın ABŞ-ın NATO-ya üzvlüyü ilə bağlı açıqlamaları ciddi narahatlıq doğurur:

"Heç kim bundan sonra nə olacağını bilmir".

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp daha əvvəl açıq şəkildə bildirmişdi ki, noyabrda ABŞ-da keçiriləcək seçkilərdə qalib gəlsə, alyansın gələcəyini müzakirə etmək üçün 2025-ci ilin iyununda NATO sammitini çağıra bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.