Dünya

Türkiyə Prezidenti İstanbulda Volodimir Zelenski ilə görüşüb - FOTO

8 Mart 2024 21:57
Baxış: 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe ofisində Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, görüşdə Ukrayna ilə Rusiya arasında davam edən müharibənin hazırki gedişatı, Taxıl Sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyət və bölgədə sülh barədə ətraflı müzakirələr aparılıb.

Zelenski "X" hesabında bildirib ki, hər iki ölkə Qara dənizdə bütün regionun qlobal ərzaq təhlükəsizliyini dəstəkləyir. Onun sözlərinə görə, ölkəsi Türkiyə müdafiə şirkətləri ilə ikitərəfli əməkdaşlığın və birgə istehsalın gücləndirilməsində maraqlıdır.

Xatırladaq ki, Ukrayna Prezidenti son dəfə ötən il iyulun 7-də Türkiyəyə səfər edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.