Dünya

İsveç bu gündən rəsmən NATO-nun üzvüdür

7 Mart 2024 16:57
Baxış: 631
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveç bu gündən rəsmən NATO-nun üzvüdür.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, İsveç 7 mart 2024-cü il tarixindən etibarən rəsmi olaraq NATO-ya üzv olan 32-ci dövlətdir.

Gələn həftənin bazar ertəsi günündən etibarən İsveçin dövlət bayrağı NATO-nun Brüssel şəhərində yerləşən qərargah-mənzilinin qarşısında qaldırılacaq.

Xatırladaq ki, dünən İsveçin Baş naziri Ulf Kristersson və xarici işlər naziri Tobias Billström Vaşinqtona səfərə yola düşüb. Onlar ölkənin Şimali Atlantika Alyansına üzvlük prosesini tamamlamaq üçün zəruri sənədləri imzalayıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.