Dünya

İlon Mask dünyanın ən zəngin adamı titulunu itirir - FOTO

5 Mart 2024 19:43
Baxış: 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Amazon"un qurucusu Ceff Bezos yenidən dünyanın ən varlı adamları reytinqinə başçılıq edir. Son 8 ay ərzində bu titul "Tesla", "SpaceX" və X sosial şəbəkəsinin (Twitter) sahibi İlon Maska məxsus idi.
 
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, Bezosun sərvəti martın 5-nə 200 milyard dollar, Maskın sərvəti isə 198 milyard dollar olaraq qiymətləndirilir. Reytinq liderinin dəyişməsi "Tesla"nın səhmlərinin bir gün əvvəl şirkətin elektrik avtomobillərinin satışlarının azalması xəbəri fonunda 7,5%-dən çox ucuzlaşmasından sonra baş verib.
 
Dünyanın ən varlı adamları siyahısında üçüncü yeri 197 milyard dollarla LVMH qrupunun sahibi Bernard Arno tutur. Sonra sərvəti 179 dollarla qiymətləndirilən "Meta" şirkətinin rəhbəri Mark Zukerberq gəlir. İlk beşliyi 150 milyard dollar kapitalla "Microsoft"un yaradıcısı Bill Qeyts qapayır

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.