Dünya

Qantz icazəsiz ABŞ-a getdi, Netanyahu əsəbiləşdi

4 Mart 2024 08:10
Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin fövqəladə kabinetinin üzvü Benni Qantz ABŞ-a gedib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Qantsın bu gün ABŞ-ın vitse-prezidenti Kamala Harris, milli təhlükəsizlik üzrə müşavir Ceyk Sullivan və Ağ Evin Yaxın Şərq üzrə müşaviri Brett Makqark ilə görüşü planlaşdırılır.

Onun ikinci gün ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşü nəzərdə tutulub. Daha sonra Qantz Londona uçmağı və xarici işlər naziri Devid Kemeron və digər rəsmilərlə görüşməyi planlaşdırır.

Bildirilir ki, Baş nazir Netanyahu Qantzın onun icazəsi olmadan səfərə çıxmasından əsəbiləşib və ABŞ səfirinə onun görüşlərinə dəstək olmamağı tapşırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.