Dünya

Putin casus səhvlərini aradan qaldırdı - "Ekonomist"

21 Fevral 2024 08:55
Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xüsusi təsir komitələri"nin rəhbərinin dəyişdirilməsi sayəsində Rusiya dünya səhnəsində kəşfiyyatını bərpa edə bildi.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Ekonomist" nəşri yazıb.

Məqalədə rus casusların bir sıra nəzərəçarpan uğursuzluqları qeyd olunub. Xüsusilə, rusiyalı müxalifətçi Aleksey Navalnını "noviçok" zəhəri ilə öldürmək cəhdi, Ukraynaya genişmiqyaslı işğal ərəfəsində Ukrayna Silahlı Qüvvələrinin lazımi səviyyədə qiymətləndirilməməsi və "Vaqner" liderinin ötənilki üsyanını dayandıra bilməməsi və s...

"Rusiya öz agentlərindən daha dürüst hesabatlara ehtiyac duyduğunu anladı. Moskva Kreml administrasiyası rəhbərinin müavini Sergey Kiriyenkonu "xüsusi təsir komitələri"nə rəhbər təyin etdi", - nəşr yazır.

Bu dəyişiklik rus kəşfiyyatının daha səmərəli işləməyə başlamasına səbəb oldu.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.