Dünya

Medvedyev Qroznıya gəldi, 10 "Niva" hədiyyə etdi

20 Fevral 2024 00:05
Baxış: 1 083
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Çeçenistana səfər edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat verib.

Kadırovun paylaşımında bildirilib ki, Medvedyev Qroznıya işgüzar səfəri zamanı respublikanın Hərbi Komissarlığına baş çəkib, 10 "Niva" markalı avtomobil hədiyyə edib.

"Kollektiv fəaliyyət, kollektiv iş nəticəsində biz sizə bu avtomobilləri veririk, zəhmət olmasa, onlardan istifadə edin", - Medvedyev Kadırovun Teleqram kanalında yerləşdirdiyi videoda bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.