Dünya

“Hizbullah” lideri hədələdi – “Bədəlini qanla ödəyəcəklər”

17 Fevral 2024 18:30
Baxış: 1 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hizbullah" terror təşkilatının lideri Həsən Nəsrullah İsraildən qisası hərbi mövqeləri vurmaqla yox, qanla alacaqlarını iddia edir.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, o, İsrailin Livanın cənubuna zərbələri nəticəsində mülki vətəndaşların ölümünü "qətliam" adlandırıb.

"Dinc insanların axıdılan qanlarının bədəlini mövqeləri vurulmaqla yox, qanla ödəyəcəklər", - təşkilat lideri deyib.

Nəsrullah "Hizbullah"ın İsraillə döyüşməsi üçün hərbi imkan və resurslara malik olduğunu iddia edib.

"Müqavimət Kiryat Şmonadan Eliata (İsrail şəhərləri) qədər olan məsafəni qət edə bilən raket qüvvəsinə malikdir", - Nəsrullah vurğulayıb.

Yanvarın 14-də İsrail ordusunun Livanın cənubundakı Nəbatiyyə və Savana şəhərlərinə hava zərbələri nəticəsində 10 mülki şəxs həlak olub, 20 nəfər yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.