Dünya

Fransada polis əməkdaşlarına bıçaqla hücum edilib

14 Fevral 2024 23:24
Baxış: 471
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın şimalındakı Pa-de-Kale departamentinin Benifonten kommunasında bıçaqla silahlanmış şəxs polisə hücum edib, onlardan biri xəstəxanaya yerləşdirilib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Telekanala görə, hücum yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 20:00) baş verib. Yaralı polis əməkdaşının həmkarları odlu silahdan istifadə edərək şübhəli şəxsi yaralayıb. Bildirilib ki, yaralı polis və hücum edən şəxs xəstəxanaya çatdırılıb, onların həyati təhlükəsi yoxdur.

Şübhəli şəxsin şizofreniya xəstəliyindən əziyyət çəkdiyi deyilir. Milli Polisin Baş Müfəttişi (IGPN) hadisəni araşdırır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.