Dünya

Ukraynanın 6 tankı vuruldu, mindən çox itkisi var

14 Fevral 2024 23:16
Baxış: 1 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna ordusunun son 24 saat ərzində bütün istiqamətlərdə ümumilikdə 1010-a qədər ölü və yaralısı var.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

"Krasnolimansk istiqamətində biz cəbhə xətti boyunca mövqelərimizi yaxşılaşdıra bildik, Donetsk istiqamətində daha sərfəli mövqelər tuta bildik. Bundan əlavə, Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələri altı tank, beş piyada döyüş maşını, 20 maşın və üç M777 haubitsasını itirib.

Yujnodonetsk istiqamətində taktiki vəziyyət yaxşılaşdırılıb. Rabotino bölgəsində Ukraynaya məxsus Mi-24 təyyarəsi vurulub, bir gün ərzində 98 Ukrayna pilotsuz uçuş aparatı vurulub", - məlumatda qeyd edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.