Dünya

Bu gün məhv edilən “əsgər” Paşinyana qarşı olub

13 Fevral 2024 22:58
Baxış: 1 628
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, 12 fevralda Ermənistan hərbçilərinin Nerkin-Hand yaşayış məntəqəsi yaxınlığındakı mövqelərindən snayperdən açılan atəşlə əsgərimizi yaralamasına cavab olaraq bu gün DSX qisas əməliyyatı keçirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində məhv edilən erməni hərbçilərlə bağlı daha bir məlumat yayılıb.

Erməni mediası yazır ki, zərərsizləşdirilənlərdən biri - Arsen Ambartsumyan (1979-cu il təvəllüdlü) Ermənistan Baş naziri Nikol Paşinyanın qatı əleyhdarlarından imiş. Onun "Müqavimət hərəkatı"nda olduğu, Nikol Paşinyana qarşı aksiyalarda iştirak etdiyi bildirilir.

Qeyd edək ki, məhv edilən 4 şəxs "Yerkrapa" təşkilatının "könüllüləri" olub. Bu təşkilat isə Azərbaycana qarşı terrorçuluqla məşğuldur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory