Dünya

Toydan gəlini və 63 qadını qaçırdılar

10 Fevral 2024 20:46
Baxış: 1 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyada quldurlar pul müqabilində gəlini və toy qonaqlarını qaçırıblar.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə Nigeriyanın Katsina əyalətində baş verib.

Belə ki, gəlin və toya gələnlər quldurların pusqusuna düşüblər. Quldurlar 63 qadını qaçırıblar. Bir neçə gün sonra onlar pul tələb etdikləri videonu yayıblar. Onlar pulu almadığı təqdirdə gəlini başqa kişiyə ərə verəcəyi və qaçırılan qonaqları satacağı ilə hədələyiblər.

Dövlətin daxili təhlükəsizlik üzrə komissarı Muazu Nasiru bildirib ki, hüquq-mühafizə orqanları qaçırılanların xilas edilməsi üçün əməliyyat keçirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.