Dünya

Günəşdə güclü partlayış: əlaqə kəsildi

7 Fevral 2024 20:00
Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Günəşdə M-sinifinə aid güclü partlayış Sakit okeanın cənubunda geniş miqyasda qısa dalğalı radio rabitəsinin kəsilməsinə səbəb olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kosmik qasırğa Avstraliya və Cənub-Şərqi Asiya ölkələrinə təsir edib.

Bölgədəki dənizçilər və radio həvəskarları partlayışın pik nöqtəsindən sonra bir saat ərzində 30 MHz-dən aşağı tezliklərdə siqnalın itməsini qeyd ediblər.

Radionun kəsilməsi günəş partlayışından cəmi səkkiz dəqiqə sonra Yerə çatan rentgen və ultrabənövşəyi şüaların güclü impulsu ilə izah edilib. Bu şüalanma planetin ulduzun işıqlandırdığı hissəsində Yer atmosferinin yuxarı qatını ionlaşdırıb.

Bundan əlavə, Günəş saatda 400 kilometrdən çox sürətlə nəhəng plazma şleyfi yayıb. Bu maddə Yerə çatarsa, maqnit sahəsində narahatlıq yarada və peyklərin işini poza bilər, həmçinin yüksək enliklərdə qütb parıltısı şəklində özünü göstərə bilər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.