Dünya

95 yaşında məzun oldu

5 Fevral 2024 22:21
Baxış: 797
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

95 yaşlı David Marjot Londonun Kingston Universitetinin ən yaşlı məzunu olub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı "BBC" məlumat yayıb.

Belə ki, təqaüddə olan psixiatr universitetin Müasir Avropa Fəlsəfəsi üzrə magistr dərəcəsini bitirib.

Bakalavr təhsilini 72 il əvvəl aldığını deyən Marjot oxumağın yaşı olmadığını deyib:

"Diplom çox ağır işdir. Üstəgəl yaddaşım da artıq əvvəlki kimi deyil".

Böyük Britaniyanın Surrey şəhərindən olan Marjot başqa bir kurs ilə maraqlandığını bildirib.

Qeyd edib ki, həmin kursu başa vura bilsə, 102 yaşında növbəti dəfə məzun olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.