Dünya

İrəvanı da itirə bilərik - Erməni din xadimi

5 Fevral 2024 00:20
Baxış: 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz Qarabağı tamamilə itirmişik, hakimiyyətə gələn hər kəs bu acı həqiqəti etiraf etməlidir.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Şirak yeparxiyasının rəhbəri Mikael Adjapayan deyib.

"Reallıq budur ki, biz təslim olduq. Hakimiyyətə gələcək hər kəs bu ağrılı həqiqəti deməlidir. Əks halda gələnlər Qarabağı geri alacaqlarını deyərək saxtakarlıq edirlər. Subyektiv olaraq bu, hazırda mümkün deyil. Hətta demək olar ki, bu gün İrəvanı qoruyub saxlamaq problemimiz var. İndi hər kəs müharibə sözündən qorxur. Amma biz hələ də müharibədəyik, adam itirmirik, lakin torpaqlarımızı bir-bir itiririk", - Adjapayan bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.