Finlandiyanın Yuva şəhərində fərdi evlərin həyətlərində qar çəhrayı rəngə boyanıb. Yerli sakinlər xilasetmə xidmətinə müraciət ediblər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, naməlum maddənin təsirilə qar mazut qoxusu verib, ətrafda isə heç bir iz qalmayıb.
Yerli sakinlər boyanın göydən düşməsinə inanırlar.
Xilasetmə xidməti isə belə nəticəyə gəlib ki, qar yığınlarını çəhrayı rəngə boyayan maddə kalium permanqanatdır. Maddə sağlamlığa zərərlidir. O, heroin və kokain istehsalında, həmçinin əczaçılıq və kimya sənayesində oksidləşdirici maddə kimi istifadə olunur.
Çəhrayı qarın sirri hazırda yerli polis tərəfindən araşdırılır. Maddənin fərdi evlərin həyətinə necə düşdüyü hələlik məlum deyil.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun