Dünya

ŞOK ƏMƏLİYYAT - Polis evin qarajında ​​nüvə raketi TAPDI

3 Fevral 2024 18:45
Baxış: 1 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da polis şikayət əsasında bir evin qarajında ​​köhnə və paslanmış nüvə raketi tapıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, şikayət ABŞ Hərbi Hava Qüvvələrinin Ohayodakı Milli Muzeyi tərəfindən edilib.

Belə ki, muzeydən qeyri-adi ianə təklifi barədə Bellevue şəhər polisinə məlumat verilib.

Raketi muzeyə bağışlamaq istəyən şəxsin evinə bomba zərərsizləşdirmə qrupu göndərən polis, qarajda boş vəziyyətdə olan nüvə raketi aşkarlayıb.

Məlumata görə, tapılan sursat əvvəllər "MB-1" kimi tanınan "Douglas AIR-2 Genie" tipli nüvə başlığı daşımaq üçün nəzərdə tutulmuş raketdir.

Polis raketin heç bir döyüş başlığı olmadığı üçün təhlükə yaratmadığını bildirib.

Ev sahibi raketi mərhum qonşusundan aldığını deyib.

Qeyd olunub ki, raket soyuq müharibə dövründə ABŞ və Kanada tərəfindən istifadə edilib. İlk və yeganə atışı 1957-ci ildə həyata keçirilən raketin istehsalı 1962-ci ildə dayandırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.