Dünya

Zəlzələdə oğlunu, gəlinini və nəvələrini itirən qadın - Qəbiristanlıqdan çıxmır

2 Fevral 2024 07:23
Baxış: 2 115
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən il fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələnin ağır nəticələri davam edir. Belə ki, zəlzələdə oğlu, gəlini və iki nəvəsini itirən Azet Yılmaz adlı qadın günün çox hissəsini ailəsinin dəfn olunduğu qəbiristanlıqda keçirir. 

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Oğlunu, gəlinini və iki nəvəsini saatlarla dağıntılar altında şad xəbər almaq ümidilə gözləyərkən torpağa tapşıran Azet Yılmaz o vaxtdan bəri hər gün qəbiristanlığa gedir:

"Bir gün gələcəklər deyə onları gözləyirəm. İlk zəlzələdə oğlumu, gəlinimi və iki nəvəmi itirdim. 38 saat dağıntılar altında qaldılar. Sonra bir-bir çıxardılar. Hər gün qəbiristanlığa gəlirəm, bura mənim evimdir. Evə gedib yatandan sonra isə qəbiristanlığa gəlmək üçün səhərin açılmasını gözləyirəm".

Qeyd edək ki, 2023-cü il fevralın 6-sı Kahramanmaraşda ard-arda 7,7 bal gücündə iki zəlzələ baş verib. Nəticədə Ayşegül Yılmaz cütlüyü və uşaqları İlayda və Engin Yılmaz dağıntılar altında qalıblar. Onlar zəlzələnin 38-ci saatında ölü tapılıblar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.