Dünya

Rusiya əsas tərəfdaşımız ola bilməz - Paşinyan

1 Fevral 2024 22:21
Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə səbəbdən Rusiya müdafiə və hərbi-texniki sahədə Ermənistanın əsas tərəfdaşı ola bilməz.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Başa düşməliyik ki, biz həqiqətən kiminlə hərbi-texniki və müdafiə əlaqələri saxlaya bilərik. Əvvəllər bu problem sadə idi. Çünki belə bir məsələ yox idi və konsepsiya yaratmaqda heç bir çətinlik də yox idi. Əvvəllər müdafiə sektorunda münasibətlərimizin 95-97%-i Rusiyanın payına düşürdü. İndi bu, həm obyektiv, həm də subyektiv səbəblərə görə ola bilməz", - deyə hökumət başçısı bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.