Dünya

Cinsi azlıqlar Rusiyanın bu şəhərində “çılpaq gecə” təşkil etdilər: Ara qarışdı

31 Yanvar 2024 21:17
Baxış: 2 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özbəkistandan olan cinsi azlığın 3 nümayəndəsi Rostov-na-Don şəhərində kirayədə qaldıqları mənzildə qalmaqallı Moskva "çılpaq gecəsi"ni təkrarlamağa cəhd ediblər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, onlar kameralara düşməmək üçün hər şeyi gizli şəkildə ediblər. Lakin mənzildə yanğının baş verməsi onları ələ verib.

Bu barədə SHOT Telegram kanalı məlumat yayıb. Onlar ötən bazar günü Voroşilovski prospektindəki evdə ziyafət təşkil ediblər. Eyni zamanda o qədər isti vaxt keçiriblər ki, mənzil yanıb.

İki nəfər ön qapıdan qaça bilib, üçüncüsü isə yanğın başlayanda yatırmış. O ayılanda, artıq giriş qapısında yanğın olub. Buna görə də eyvana çıxmaq məcburiyyətində qalıb. Kondisionerin üstünə qalxaraq qışqırmağa başlayıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nərdivanlı yük maşını ilə təxliyə edilib.

Xilasetmədən sonra "qəhrəman" polislə getməli olub. Mütəxəssislər onun qanında narkotik maddələrin izlərini aşkar ediblər. Məlum olub ki, saxlanılan şəxs Moskvadan Rostova gəlib. O, dekabr ayından Don paytaxtında kirayədə qalırmış.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.