Dünya

50 il axtarışda olan terrorçu ölüm ayağında özünü belə ələ verdi

29 Yanvar 2024 16:41
Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Kanaqava prefekturasında terror aktlarında iştirak etdiyinə görə 50 il axtarışda olan cinayətkar Satosi Kirisimo mədə xərçəngindən vəfat edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Kirisima radikal solçu Şərqi Asiya Silahlı Anti-Yapon Cəbhəsi təşkilatı tərəfindən həyata keçirilən silsilə terror aktlarında iştirak etdiyinə görə 50 il ərzində polis tərəfindən axtarışda olub. O, 1975-ci ilin aprelində Tokionun mərkəzindəki Koreya Sənaye və İqtisadiyyat İnstitutunun binasına bomba yerləşdirməkdə və partlatmaqda şübhəli bilinirdi.

Xəstəxanaya yerləşdirilərkən mədə xərçənginin son mərhələsi diaqnozu qoyulan kişi əsl adının Satosi Kirisima olduğunu bildirib və ölərkən əsl adı ilə ölmək arzusunda olduğunu deyib. Sübut kimi həmin şəxs Koreya Sənaye və İqtisadiyyat İnstitutunda partlayışın hazırlanmasının təfərrüatını danışıb. Bu barədə polisə məlumat verilib.

Polis DNT testi üçün ondan nümunə götürüb. Yanvarın 29-da səhər xəstəxana rəsmiləri Kirisimanın ölümünü elan ediblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.