Dünya

Ayının caynağından xilas olmaq üçün qolunu kəsdi - FOTO

27 Yanvar 2024 17:43
Baxış: 1 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tailandda vəhşi təbiətin mühafizəsi mərkəzində könüllü kimi çalışan turist ayının hücumuna məruz qalıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki,Tailandın Chiang Mai şəhərindəki vəhşi təbiəti mühafizə mərkəzində baş verən hadisədə könüllü olaraq çalışan turist meyvə verdiyi vəhşi ayının hücumuna məruz qalıb.

Ayı 32 yaşlı isveçli turist Stefan Klaudio Spekoqnanın sağ əlini dişlərinin arasına alıb. Hadisə şahidlərinin sözlərinə görə, qəfəsə meyvə qoymaq üçün qolunu dəmir barmaqlıqların arasından keçirən Spekoqyanın əlindən yapışan ayı onu dartmağa başlayıb. O, hücumdan xilas olmaq üçün qolunu bıçaqla kəsib.

Xəstəxanaya yerləşdirilən şəxsin həyatının təhlükədə olmadığı öyrənilib və hadisə ilə bağlı araşdırma başlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.