Dünya

Rusiya Rəsulzadə ilə bağlı Bakıya müraciət edib - Şok

27 Yanvar 2024 06:30
Baxış: 1 119
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi brifinqdə erməni jurnalist Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı provokativ sual ünvanlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, erməni jurnalist Zaxarovaya Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladığını xatırladıb və əlavə edib ki, ADR qurucusu Böyük Vətən Müharibəsi illərində nasistlərin lideri Adolt Hitlerlə SSRİ-yə qarşı "əməkdaşlıq edib" və Azərbaycan legionunun yaradılmasından "iştirak edib".

"Biz bu məsələ ilə bağlı qiymətləndirmələrimizi Azərbaycan tərəfinə çatdırmışıq və onlarla əlaqə saxlayırıq", - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.