Parisdə bir neçə yüz nəfər ölkədə miqrasiya qaydalarını sərtləşdirən qanunun ləğvi tələbi ilə etiraz aksiyası keçirib.
Milli.Az bu barədə report.az-a istinadən xəbər verir.
Etirazçılar Parisin mərkəzində, Konstitusiya Şurasının binasının yaxınlığındakı Luvr meydanına toplaşıblar.
Aksiyada Ümumi Əmək Konfederasiyası, "Həmrəylər", Yeni Anti-kapitalist Partiyası və Kommunist Partiyasının üzvləri iştirak edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun