Parisdə yüzlərlə insan miqrasiya qanununa qarşı aksiya keçirib

26 Yanvar 2024 08:25

Parisdə bir neçə yüz nəfər ölkədə miqrasiya qaydalarını sərtləşdirən qanunun ləğvi tələbi ilə etiraz aksiyası keçirib.

Milli.Az bu barədə report.az-a istinadən xəbər verir.

Etirazçılar Parisin mərkəzində, Konstitusiya Şurasının binasının yaxınlığındakı Luvr meydanına toplaşıblar.

Aksiyada Ümumi Əmək Konfederasiyası, "Həmrəylər", Yeni Anti-kapitalist Partiyası və Kommunist Partiyasının üzvləri iştirak edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun