Dünya

Ayrapetyan xaricə qaçdı, siyasi sığınacaq istədi

25 Yanvar 2024 23:06
Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrəvan Ağsaqqallar Şurasının "Ana Ermənistan" fraksiyasından olan nümayəndəsi Narine Ayrapetyan həyati təhlükəsi və polisin təzyiqi səbəbindən ölkəni tərk etdiyini bildirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Ana Ermənistan" fraksiyası məlumat yayıb.

"Məni söhbətə kimin apardığını və onun polislə hansı əlaqəsi olduğunu başa düşmədim. Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti araşdırmağa cəhd etmədilər, məni ittiham etdilər, hətta ifadə yazıb, imza atmağa məcbur etdilər. Getmək qərarına gəldim", - deyə Ayraptyan bildirib.

Ayrapetyan etiraf edib ki, o, siyasi sığınacaq istəyib və həyatının təhlükədə olmadığına əmin olana qədər xaricdə qalacaq.

Qeyd edək ki, bundan öncə Ermənistan İstintaq Komitəsi Ayrapetyanın oğurlanması ilə bağlı cinayət işi açmışdı. Hadisə yanvarın 15-də baş vermişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.