AŞPA həqiqətləri görmür - Ermənistanda mediaya hücumlara göz yumulur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzi və riyakar siyasəti bütün əndazələri aşıb. Təşkilat növbəti dəfə açıq-aşkar saxtakarlıq etməklə, faktları təhrif olunmuş formada Avropa cəmiyyətinə sırımağa çalışıb. Erməni lobbisinin təsirindən qurtula bilməyən qurum reallıqlara, həqiqətlərə qara eynəklə baxmaqdadır. Açıq-aydın görünür ki, qurum müstəqil xarici siyasət yeridən ölkələrə qarşı mübarizəni prioritetə çevirib. Qəbul etdikləri növbəti çürük sənəd də bundan xəbər verir. Cılız qərar və qətnamələrin hər bir müddəasına sübutlarla, dəlillərlə cavab vermək, əsassız arqumentlərin hər birini rədd etmək mümkündür. AŞPA-nın anti-Azərbaycan mövqe nümayiş etdirməsinin kökünü bütövlükdə 2000-ci illərin ortalarından götürmək gərəkdir. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalı, ermənilərin azərbaycanlıları soyqırımına məruz qoyması faktlarını təsdiq edən sənədlər ola-ola, işğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmaması buna bariz nümunədir.
Avropada və dünyadakı bəzi qərəzli və ədalətsiz təsisatlar kimi, Avropa Şurası da Azərbaycanın qələbələrini, son zamanlar qazandığı uğurları qəbul edə bilmir. Qurumun deputatları bu məsələlərlə bağlı ermənipərəst, ədalətsiz və qərəzli mövqelərini xüsusilə Bakının siyasi proseslərin astanasında olduğu bir vaxtda daha açıq şəkildə nümayiş etdirirlər.
2020-ci ilin İkinci Qarabağ müharibəsindən sonra Avropa təsisatları, o cümlədən AŞPA-nın qərəzi daha qabarıq formada özünü büruzə verdi. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan ittiham olundu. İddiaları da əsassız və qərəzlidir.
Erməni xislətli AŞPA-nın qərəzini, insan hüquq və azadlıqlarını qulaqardına vurmasını faktlarla sübuta yetirməyə çalışaq. Bu ölkədə jurnalistlərə qarşı zor tətbiq edilir, hüquq və azadlıqları pozulur, AŞPA isə sanki kar və kordur, susqundur, prosesləri sadəcə izləyir.
Məsələn, erməni mətbuatında yer alan xəbərlərə görə, 2023-cü ildə Ermənistanda media və onların əməkdaşlara qarşı təzyiq halları artıb. 60-dan artıq hüquq pozuntusu qeydə alınıb, bu da 2022-ci illə müqayisədə xeyli çoxdur. Söz Azadlığının Qorunması Komitəsinin rəhbəri Aşot Melikyan Ermənistanda 2023-cü ildə söz azadlığının vəziyyəti, jurnalistlərin və media resurslarının hüquqlarının pozulması ilə bağlı hesabatı təqdim edib. Ötən ili media və jurnalistlər üçün çətin il kimi qiymətləndirən A.Melikyan kütləvi etirazları və gərginləşmiş ictimai-siyasi vəziyyəti, paytaxtın yeni merinin seçilməsi ilə nəticələnən İrəvan Ağsaqqallar Şurasına seçki kampaniyası zamanı gərgin mübarizəni və seçkidən sonrakı hadisələri xatırladıb.
Hesabata əsasən, ötən il jurnalistlərə qarşı təzyiqlər, o cümlədən media nümayəndələrinə qarşı nifrət və təhdidlər olub: "Baş prokuror hökumətə sosial şəbəkələrdəki məlumatları nəzarətdə saxlamağı və lazım gəldikdə hər hansı nəşri bağlamağa məcbur etməyi təklif edib".
Komitə rəhbəri son vaxtlar dövlət qurumlarının jurnalistlərə akkreditasiya verilməsini "iş icazəsi və ya lütf" kimi nəzərdən keçirməsindən də narahatdır. Media eksperti müxalif "Joqovurd" qəzetinin əməkdaşı Knar Manukyanın parlamentdə akkreditasiyadan məhrum edilməsini daha mənfi hal sayır: "Son 30 ildə bir jurnalistin akkreditasiyadan məhrum edilməsi halının olub-olmadığını xatırlamaqda çətinlik çəkirəm. Amma bu, indiki hakimiyyətin dövründə ikinci hadisədir və tamamilə əsassızdır. Bu bir faktdır".
Hesabatda məlumat azadlığının məhdudlaşdırılması hallarından da bəhs edilib. Bildirilib ki, hökumət orqanları ötən il media nümayəndələrinin sorğularını əsassız olaraq rədd edib və ya kifayət qədər cavab verməyib. "İnformasiya əldə etmək və yaymaq hüququnun pozulması ilə bağlı 2023-cü ildə 135 fakt qeydə alınıb. 2022-ci ildə 115 belə hal olub. 135 işin hamısında açıq məlumat tələb olunub. Dövlət qurumları bunu vermədilər və ya natamam məlumat və qeyri-müəyyən cavablar verdilər".
A.Melikyan vurğulayıb ki, komitənin araşdırdığı bütün hallarda dövlət və ya hərbi sirri ehtiva edən heç bir məlumat tələb olunmayıb: "Biz bu məlumatları çox diqqətlə təhlil edirik. Əgər media orqanı, jurnalistlər dövlət və ya hərbi sirri ehtiva edən məlumatların verilməsi üçün dövlət qurumuna sorğu göndəriblərsə və ona rədd cavabı verilibsə, biz bunu pozuntu saymırıq. Çünki sirri açmaq olmaz".
Ekspert belə hallarda jurnalistlərə inzibati məhkəməyə müraciət etməyi tövsiyə edir. A.Melikyanın fikrincə, bu, təkcə dövlət qurumundan lazımi məlumatları əldə etmək üçün deyil, həm də onu məsuliyyətə cəlb etmək üçün lazımdır.
Hesabatda 2023-cü ildə məhkəmələrdə jurnalistlərə qarşı daha çox iddia qaldırıldığı da vurğulanıb. İddiaçıların əksəriyyəti barələrində yayılan xəbərlərlə bağlı təkzibin dərc olunması və ya məhkəməyə ərizə göndərməmişdən əvvəl cavab hüququndan istifadə ilə bağlı təklifdən imtina ediblər.
Beləliklə, sadaladıqlarımız çoxsaylı faktların bir hissəsidir. AŞPA üçün əsas maraqlardır, Fransa və Almaniyadan aldığı tapşırıq onun üçün əsasdır. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrell başda olmaqla avropalı diplomat və deputatlar üçün bu faktlar da yəqin əsas olmayacaq. Erməni sevgiləri və tapşırıq aldıqları ölkələr buna imkan verməyəcək. Separatizmə açıq dəstək göstərən Borrelin və həmkarlarının bu yanaşmaları, ermənipərəst mövqeyi bütövlükdə Avropaya zərbə vurur. Lakin anlamalıdırlar ki, Azərbaycan güclü dövlətdir və heç bir qüvvə də onunla təhdid dilində danışa bilməz.
REPORT
DİGƏR XƏBƏRLƏR
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
-
Türkiyədə güclü zəlzələ oldu
XƏBƏR LENTİ
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib
-
Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
-
Bakıda və bölgələrdə güclü külək gözlənilir - Xəbərdarlıq edildi
-
Mal əti yenidən bahalaşdı: Qiymətlər - (Video)
-
Azərbaycan Qran-Prisi: İkinci sərbəst yürüş başladı - (Yenilənib)
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)





