Dünya

Türkiyə bu mirasa sadiq qalacağını söylədi - Lavrov

25 Yanvar 2024 06:57
Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qara dənizə giriş qaydaları Pentaqon tərəfindən dəyişdirilə bilməz.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

"Türkiyəli həmkarlarımız bizə dəfələrlə Montrö konvensiyası mirasının əmanətçiləri olaraq bu sazişin öhdəliklərinə sıx bağlı olacaqlarını söyləyiblər. ABŞ müdafiə naziri Lloyd Ostin işinə qayıdıb və görünür, bu anda aktiv olmalarının səbəbi də budur. Uğurlu olacaqlarını düşünmürəm", - deyə Lavrov jurnalistin sualına cavabında bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Pentaqon rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Selest Uollander ABŞ-ın Qara dənizdə naviqasiya ilə bağlı Türkiyə ilə birlikdə çalışmaq niyyətində olduğunu bildirmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.