Dünya

Şimali Koreya yeni qanadlı raketin sınaqlarını edib

25 Yanvar 2024 06:33
Baxış: 527
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni "Pulhvasar-3-31" strateji qanadlı raketinin ilk sınaq buraxılışını həyata keçirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) ölkənin Raket Elmi Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, buraxılış ətraf ölkələrin təhlükəsizliyinə heç bir təsir göstərməyib.

Yeni raket hələ inkişaf mərhələsindədir və sınaqlar Şimali Koreyanın "silah sistemlərinin davamlı yenilənməsi prosesi" məqsədilə həyata keçirilib.

Hələlik əlavə məlumat verilməyib.

Bir gün əvvəl Şimali Koreya Sarı dənizə doğru bir neçə qanadlı raket atmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.