Dünya

ABŞ ordusunda kiçik zabit işləyən instaqram fenomeni intihar etdi - FOTOlar

22 Yanvar 2024 19:55
Baxış: 1 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ ordusunda kiçik zabit kimi xidmət edən və eyni zamanda fitnes və moda məzmunlu paylaşımları ilə instaqramda da fenomen olan 34 yaşlı Mişel Yanq intihar edib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, ondan geriyə 12 yaşlı qızı qalıb.

Mişel 16 il hərbidə çalışıb, ilk dəfə təxminən 18 yaşında ikən hərbi xidmətə başlayıb. Bu müddət ərzində o, iki dəfə Əfqanıstanda xidmət edib. Ölüm xəbəri çıxmazdan bir neçə gün əvvəl Yanq instaqramda qızı Qreysi üçün ad günü mesajı paylaşıb.

"Həyatımın ən gözəl tərəfi sənin anan olmağımdır", - deyə o, paylaşımında yazıbmış.

Young İnstaqramda qadınlar üçün idman geyimləri şirkətində modellik edirdi.

Sentyabr ayında intiharın qarşısının alınması həftəsi üçün yazdığı bir yazıda Mişel qardaşının 14 yaşındaykən özünü öldürdüyünü xatırladıb və çətin vəziyyətdə olan hər kəsi kömək istəməyə çağırıb. Yanqın intiharına nəyin səbəb olduğu hələlik bəlli deyil.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.