Əfqanıstanda təyyarə qəzasında ölən biznesmen Rusiyada “bazar kralı” kimi tanınırmış - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın Volqodonsk şəhərində tanınmış iş adamı Anatoli Yevsyukov həyat yoldaşı ilə birlikdə Əfqanıstanda təyyarə qəzasında həlak olub.
Milli.Az report-a istinadən xəbər verir ki, yanvarın 20-də axşam saatlarında Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş "Falcon 10" biznes-jeti ilə Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyaləti üzərində rabitə əlaqəsi kəsilib.
Tezliklə təyyarənin qalıqları yüksək dağlarda tapılıb. Təyyarənin qəzaya uğramasına səbəb mühərrikin nasazlığı olub.
Təyyarənin sərnişinlərinin Volqodonskda tanınmış şəxslər, iş adamları Anna və Anatoli Yevsyukov olduğu məlum olub. Anatoli Yevsyukov Volqodonskda "Maşenka", "Atlant", "Avanqard" və bir sıra bazar və ticarət mərkəzinin, həmçinin müxtəlif daşınmaz əmlaklarının sahib olub və onları idarə edib.
"Baza" nəşrinin məlumatına görə, Yevsyukovlar ailəsi dekabrın 15-də tətil üçün Taylanda uçub. Bir neçə gündən sonra Anna Yevsyukova özünü pis hiss etməyə başlayıb və dekabrın 17-də o, Pattaya Xəstəxanasına yerləşdirilib. Yerli həkimlər onun infeksiyaya yoluxduğunu bildiriblər.
Qadın süni nəfəs aparatına qoşulub. Xəstənin Rusiyaya təxliyəsi üçün şəxsi təyyarə sifarişi verilib.Hava gəmisində yalnız ər və arvad üçün yer olub. Onların oğlu Vitali isə Pattayadan Rusiyaya müntəzəm reyslə uçub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu 3 bürcü böyük sürprizlər gözləyir
-
Müflisləşən məşhurlar -Milyonlar əllərindən necə çıxdı?
-
Stress bu xəstəliyini kəskinləşdirə bilər
-
Bir insanın sizdən xoşu gəldiyini göstərən 7 gizli əlamət
-
Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?
-
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
-
Dünyanın ən təhlükəli canlısı: İldə 700 mindən çox insan ölür
-
Toya xeyli pul xərcləyənlər arasında boşanmalar daha çoxdur
-
Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın
-
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu - (Foto)
-
Bu 3 bürcü böyük sürprizlər gözləyir
-
Azad Kəlbəcərin ilk təhsil müəssisəsinin yeganə şagirdi tələbə oldu
-
Nərgiz Cəlilova efirə qayıdır
-
Bu ixtisasa keçid balı 697 oldu
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb - (Video)
-
Ağdamda 30 hektar ərazidə yanğın başlayıb
-
Azərbaycanın voleybol millisi ardıcıl üçüncü qələbəsini qazanıb
-
Ali təhsil müəssisələrinə qəbul olunanların neçə nəfəri pulsuz oxuyacaq?
-
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - (Foto)
-
Kriminal avtoritet İsraildə qətlə yetirildi
-
Adil Dəmirov ölkəmizə ekstradisiya olunacaq
-
Dövlət Komitəsində struktur və kadr dəyişiklikləri oldu
-
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - ( Foto)
-
Şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək - ADY





