Dünya

Fransanı fermer etirazları bürüdü

21 Yanvar 2024 14:06
Baxış: 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransız fermerlər ölkə boyu etiraz aksiyalarına çıxıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Limoj şəhərində traktorçular prefektura binasının yaxınlığına zibil, peyin və təkər atıblar. Qurumun girişilə üzbəüz böyük bir tullantı dağı əmələ gəlib.

Fransanın cənubunda, Oksitaniya bölgəsində fermerlər kənd təsərrüfatı texnikası ilə magistral yolları bağlayıblar. Nəticədə Tuluza ətrafındakı bütün əsas marşrutlar qapanıb. Yollarda tonqallar yandırılır, traktorlardan ibarət cərgələr düzülür.

Fermerlər bunun başlanğıc olduğunu və etirazların daha da güclənəcəyini vəd edirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.