Dünya

İsrail məhv edilən HƏMAS yaraqlılarının sayını AÇIQLADI

21 Yanvar 2024 11:47
Baxış: 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəzza zolağında 100 gündən çox əməliyyatlar zamanı İsrail hərbçiləri Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının 30 faizə qədərini məhv edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" Amerika kəşfiyyat agentliklərinin hesablamalarına istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, bu rəqəmlər hərəkatı məhv etmək üçün İsrailin məqsədlərindən hələ də uzaqdır. Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən əvvəl Amerika kəşfiyyat agentlikləri HƏMAS yaraqlılarının sayını 25-30 min arasında hesab edirdi.

Qəzet əlavə edib ki, HƏMAS hələ də İsrailə və Qəzzada İsrail əsgərlərinə hücumu bir neçə ay davam etdirmək üçün kifayət qədər sursata malikdir. Fələstin hərəkatı həmçinin anklavın şimalındakı Qəzza şəhərində polis varlığını bərpa etməyə çalışır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.