Dünya

Rəisinin Türkiyə səfərinin təfərrüatı

21 Yanvar 2024 11:07
Baxış: 928
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Prezidenti İbrahim Rəisinin Türkiyə səfərinin təfərrüatı açıqlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran lideri ilə 10 beynəlxalq müqavilə imzalayacaq:

"Rəisinin səfəri İran və Türkiyə arasında yüksək səviyyəli dialoqun davam etdirilməsində mühüm addım və ümumi gündəmdəki məsələlərin müzakirəsi üçün müvafiq fürsətdir".

Bildirilir ki, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası da Ankarada keçiriləcək. Səfər zamanı mədəniyyət, elm, media, daxili işlər, nəqliyyat, ticarət və iqtisadiyyat sahələrində 10-a yaxın sazişin imzalanması gözlənilir.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi yanvarın 24-də Türkiyəyə səfər edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.