Dünya

SEPAH üzvlərinin məhv edilməsinə Rəisidən reaksiya

20 Yanvar 2024 23:26
Baxış: 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yenə də sionist cinayətkar rejim (İsrail nəzərdə tutulur - red.) Suriyanın hava məkanını açıq şəkildə pozaraq müşavir qiyafəsində Suriyada iştirak edən və Əli əhlinin (şiələr nəzərdə tutulur - red.) mühafizəsində olan İran İslam Respublikasının 5 hərbi müşavirini və Suriya qüvvələrinin bir neçə əsgərini qətlə yetirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözlər İran Prezidenti İbrahim Rəisinin bu gün Dəməşqə endirilən zərbə nəticəsində SEPAH zabitlərinin ölməsi ilə bağlı başsağlığı məktubunda əksini tapıb.

"Bu qorxaq sui-qəsdi pisləyərək, İranın möhtərəm məsləhətçiləri Höccətullah Ümidvar (Əməliyyat adı Hacı Sadıq, Qüds briqadası komandirinin təhlükəsizlik üzrə müavini - red.), Əli Ağazadə, Hüseyn Məhəmmədi, Səid Kərimi və Məhəmməd Əmin Səmədinin şəhadətini ali rəhbər və Ali Baş Komandana (Əli Xamenei nəzərdə tutulur - red.) təqdim edirəm.

Şübhəsiz ki, qeyri-qanuni sionist rejimin öz çirkin məqsədlərinə çatmaqda uğursuzluğunun artmasına, müqavimət cəbhəsi döyüşçüləri qarşısında çarəsizliyinin və acizliyinin dərinliyinə dəlalət edən bu cür terror və cinayət əməlləri cavabsız qalmayacaq", - o bildirib.

Qeyd edək ki, İsrail ordusu bu gün Dəməşqdə SEPAH zabitlərinin qərargah kimi istifadə etdiyi dördmərtəbəli binaya zərbə endirib. Nəticədə bina tamamilə dağılıb, H.Ümidvar da daxil olmaqla, SEPAH-ın 5 hərbi müşaviri və suriyalı hərbçilər ölüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.